Xəbərlər 27.03.2024 10:40 1177

QHT sədri şəhid Ömər Xalisdəmirin ailəsini ziyarət edib

İctimai birlik sədri və üzvləri Türkiyədə şəhid ailəsini ziyarət edib.

QHT. az xəbər verir ki, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli və birliyin Türkiyə üzrə nümayəndəsi Tacəddin Hüseynquluzadə şəhid Ömər Xalisdəmirin məzarını və ailəsini ziyarət edib. 

 

Ömər Xalisdəmir 2016-cı il 15 iyulda qardaş Türkiyədə baş verən hərbi çevriliş zamanı qəhrəmancasına şəhid olub. 

 

Şəhidimiz Xüsusi Təyinatlı Qüvvələr komandanlığında vəzifəsini yerinə yetirərkən komandanlığı ələ keçirməyə çalışan briqada generalı Semih Tərzini sinəsindən vuraraq öldürüb. Daha sonra çevriliş tərəfdarı olan digər hərbçilər tərəfindən vurulub. 

 

Şəhidimiz çoxuşaqlı ailədə dünyaya göz açıb. Ömər xidməti ərzində ölkədaxili ilə yanaşı ölkə xaricində də bir neçə mühüm əməliyyatlarda iştirak edib. 

 

Şəhidin atası Həsən Hüseyn şəhidimiz haqqında danışarkən qeyd etdi ki, mən ona atamın adını qoymuşdum. 

 

“Ona görə mən ona atam deyə xitab edirdim. Türkiyə Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab Rəcəb Tayyib Ərdoğanın bizə diqqəti böyükdür. Oğlumun adı əbədiləşdirilib. Azərbaycan Prezidenti İlham Əliyev başda olmaqla Azərbaycan Ordusun zəfəri ilə qürur duyuram. Azərbaycan böyük qələbəsi bütün Türk dünyasının zəfəridir”. 

 

Ömər Xalisdəmirin qardaşı Doğan ziyarətçilərə öz təşəkkürünü bildirdi. 

 

“Siz keçən dəfə də qazilərlə birlikdə bizi ziyarətə gəlmişdiniz. Ziyarətçilər arasında qardaşımla birlikdə kurs keçən Famil Fərəcov da var idi. Onunla görüş bizə təsəlli oldu. Mən sizə minnətdaram. Bu ziyarət qardaşlığın nümunəsidir”.  

Emin Həsənli qeyd etdi ki,bizim hər sahədə- siyasi, elmi, hərbi , mədəni, iqdisadi sahədə olduğu kimi, mətbuat, QHT sahəsində xususi ilə şəhid ailəri, qazilər, ehtiyatda olan zabitlərlə də qarşılıqlı əlaqələrimiz güclüdür.

 

İctimai Birliyin sədri və nümayəndəsi şəhidimizin ailəsi ilə yanaşı Ömərin məzarını da ziyarət edib. 

 

Bununla yanaşı, şəhidin muzeyində olan Emin Həsənli azərbaycanlı gənc rəssam Qönçə Həzizadənin ərsəyə gətirdiyi şəhidimizin portretini Ömərin ailəsinə hədiyyə edib. 

 

Şəhidin adı əbədiləşdirilmişdir. Ömər Xalisdəmirin adına park, küçə salınmış, lisey, universitet və şəhidlik verilib. 

 

Onun türk millətinə Elifnur və Ertuğrul adında övladı əmanət qalıb. 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı