Xəbərlər 27.03.2024 10:42 2994

Slovyovun əməllərinə layiqli hüquqi qiymət verilməlidir - QHT sədri

“22 mar 2024-cü  il tarixində “Crocus City Hall” konsert zalında baş vermiş dəhşətli terror aktı xəbəri QHT sədri olaraq  məni  və  birliyə üzv olan təşşkilatlarını dərindən sarsıtdı. Bu terror aktını şiddətlə qınayır, Gənc Vətənpərvərlər İctimai Birliyi adından və şəxsən öz adımdan Rusiya xalqına və həlak olmuş şəxslərin ailələrinə və yaxınlarına səbir, yaralananlara isə tezliklə şəfa diləyirəm”.

Bu sözləri Gənc Vətənpərvərlər İctimai Birliyin sədri Müqamət Əliyev QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, ermənipərəst teleaparıcı, jurnalist Vladimir Slovyov belələrindən biri, bəlkədə  birincisidir: “V.Solovyov özünün təşəbbüsü ilə Azərbaycana münasibətdə informasiya təxribatı aparmaqla yanaşı iki dövlər arasında ziddiyyət formalaşdırır. Belə insanların lazımı sahədən təlimatlandırılır. Öz ağlı ilə  idarə olunmayan  bir media nümayəndəsidir. Ümumiyyətlə Azərbaycanda  fəaliyyət göstərən  sosial şəbəkələri, KİV yazdıqları  məlumatlarda  dəqiq olmalıdırlar. V.Solovyovun “Crocus City Hall”da törədilmiş təxrtibata etnik fon verməsi azərbaycanlıları, ümumən Azərbaycanı hədəfə almaq, Rusiyada etnik münaqişə alovlandırmaq, həmvətənlərimizə münasibətdə antipatiya yaratmaq cəhdidir. Bu şəxsin hansı dairələrin “sifarişlərini” yerinə yetirdiyi məlumdur. Onun erməni əsillilər - rusiyalı jurnalist Marqarita Simonyanla və media maqnatı Aram Qabrielyanovla “işbirliyinin” təsdiqləyən faktlar həm Rusiya, həm də Azərbaycan ictimaiyyətinə yaxşı məlumdur”

QHT sədri V.Solovyovun “Crocus City Hall” konsert zalında törədilmiş qorxunc terror aktı ilə bağlı mövqeyini, Azərbaycanı bu hadisə ilə əlaqələndirmək yönümlü informasiya təxribatını qətiyyətlə pisləyir: “GVİB -i Rusiya mediasına, eləcə də ölkə ictimaiyyətinə müraciət edərək, Vətəni və xalqı qarşısında heç bir məsuliyyət hissi duymadığı aşkar görünən, peşəni qərəz alətinə çevirmiş ermənipərəst jurnalistin hərəkət və davranışlarına biganə qalmamağa çağırır. GVİB -i ümidvardır ki, V.Solovyova qarşı zəruri ictimai qınaq formalaşacaq, bu şəxsin əməllərinə layiqli hüquqi qiymət veriləcək. Ümidvaram ki, tezliklə bu məsələ öz müsbət həllini tapacaq”.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı