Xəbərlər 28.03.2024 13:11 1750

QHT sədri Beynəlxalq Media və Rusiya-Azərbaycan münasibətlərində Solovyovun rolundan danışdı

“Rusiyanın informasiya məkanında daxili auditoriyaya işləyən elə aparıcılar var ki, onlar etnik zəmində baş verən istənilən hadisəni səbəbini dərhal kənarda yaratdıqları düşmən obrazlarında axtarmağa və bu əsas da bir çox məsələləri məhz miqrant qrupları ilə əlaqələndirməklə gündəmə gətirməyə çalışırlar. Bu qəbildən olan “parlaq” aparıcılardan biri Vladimir Solovyovdursa, o da nə ilk, nə də sondur. O və onun kimiləri hər zaman antiazərbaycan mövqeyində olublar və hər zaman bu mövqedən də çıxış edərək Azərbaycanla bağlı saxta, qərəzli, heç bir əsası olmayan, yalan məlumatı dövriyəyə buraxırlar”.

Bu sözləri Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması İctimai Birliyinin sədri Azər Allahverənov QHT.az-a bildirib. Onun fikrincə, bu vəziyyətə görə yeganə məsuliyyət daşıyan Solovyov deyil: "Belə bir vəziyyətin yaranmasının əsas səbəbi Rusiyanın media müstəvisində erməni əsilli imkanlı şəxslərin “at belində” olmasıdır ki, onların da bir çox narativləri məhz etnik zəmində baş verəcək münaqişənin daha da alovlanmasına hesablanıb. Həmin erməni əsilli media maqnatları da yaranacaq ilk fürsətdə bütün təsir imkanlarını antiazərbaycan təbliğatının işə salınmasına istifadə edirlər. Pula satılmış Solovyov kimiləri də bu kampaniyanın əsas ideoloji ruporlarıdır ".

Allahverənovun sözlərinə görə, Rusiya mətbuatında erməni əsilli şəxslər, hətta media maqnatları belə media imkanlarından istifadə edərək Rusiya-Azərbaycan münasibətlərində gərginliyin artırılmasına hesablanmış məsələləri manipulyasiya etməklə özlərinin çirkin planlarını həyata keçirməyə çalışırlar. Bu insanlar müəyyən dairələrə maddi dəstək göstərməklə və bu cür manipulyasiyalara əl atmaqla ictimai şüuru və rəyə təsir etməyə müvəffəq olurlar. Allahverənov bildirir ki, Rusiya ilə Ermənistan və ya Azərbaycan arasında münasibətləri müqayisə edəndə Ermənistan cəmiyyətində Rusiyaya qarşı mənfi fikirlərə kifayət qədər rast gəlinir, hətta ölkə ərazisində olan ruslara qarşı fiziki təhdidlər də var: "Biz Ermənistan-Rusiya və ya Azərbaycan-Rusiya münasibətlərini müqayisəsini apardıqda görürük ki, Ermənistan ictimaiyyətində Rusiya əleyhinə fikirlərin sayı kifayət qədər çoxdur, hətta fiziki təhdid halları, Rusiya ilə bağlı olan təsisatlara qarşı bir basqı var. Biz zaman-zaman Ermənistanın ərazisində xidmət çəkən rus əsgərlərinə qarşı tətbiq edilən zorakılıq halları və təhqirlər barədə də məlumatlara rast gəlirik. Rusiyanın əleyhinə olan çağrışlar hər gün Ermənistan mediasında geniş vüsət almaqda, tirajlanmaqdadır. Amma Azərbaycan mediasına baxdıqda görürük ki, Rusiya əleyhinə demək olar ki, informasiyaya rast gəlinmir. Lakin nədənsə Solovyov Rusiya əleyhinə daim çağrışlarla zəngin olan Ermənistan mediasını görməzdən gəlib, öz nifrət, kinini Azərbaycana tərəf yönəldir, qarayaxma kampaniyasına başlayır və bununla da öz erməni əsilli havadarlarının və irqçi ideoloqlarının məkrli planlarının həyata keçirilməsində birbaşa iştirak edir".

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı