Xəbərlər 28.03.2024 16:54 2388

"Solovyovun sənəti, vicdanı erməni milyonçuların puluna satılıb” - Cavid Şahverdiyev

“Crocus City Hall” konsert zalında törədilmiş və xeyli günahsız insanın ölümünə səbəb olmuş terror hadisəsi ilə bağlı QHT.az-a açıqlama verən Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi İctimai Birliyinin sədri Cavid Şahverdiyev Vladimir Solovyovun verdiyi bəyanatlarda bir neçə mühüm məqamı, hətta ermənilərə olan sevgi etirafını da vurğulayıb:

"Teleaparıcı kimi püxtələşməyimdə və televiziya həyatımda erməni anam adlandırdığım Qayane Samsonovna Ambartsumyan ("Vladimir Solovyovla axşam" verilişinin baş redaktoru – red) çox böyük rol oynayıb”, - deyən Solovyov, əlavə edib ki, ən yaxın dostları arasında bir çox tanınmış erməni, o cümlədən, məşhur iş adamı, xeyriyyəçi, "Taşir” şirkətlər qrupunun prezidenti Samvel Karapetyan da var. "Samvel sadəcə yaxşı dost deyil, hər dəfə övladlarım dünyaya gələndə, Samvelin xanımı Eteri - bilmirəm, o, bunu necə bacarır, hamıdan əvvəl palatada peyda olur, özü də körpələrçün çox gözəl hədiyyələr gətirir. Hamıdan əvvəl deyəndə, ailəmizin üzvü olmayan insanları nəzərdə tuturam, çünki adətən özüm doğuşda iştirak edirəm”, - deyə Solovyov bildirib”.

Cavid Şahverdiyev həmçinin bildirib ki, onun erməni əsillilər - rusiyalı jurnalist Marqarita Simonyanla və media maqnatı Aram Qabrielyanovla da sıx əməkdaşlıq etdiyi məlumdur: “Çox güman ki, məlum mülahizələrin sifarişçlərin biri də onlardır. Erməni daşnaklar kimi Solovyovun məqsədi xalqlar arasında milli münaqişə yaratmaq, Rusiya kimi çoxmillətli ölkədə millətlərarası çaxnaşma salmaqdır. Solovyovun sənəti, vicdanı Karapetyan kimi erməni milyonçuların puluna satılıb”.

Əvvəli

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı