Xəbərlər 03.04.2024 06:31 1091

COP29-da BMTİP Azərbaycanı təmsil edəcək məsul şəxs təyin olunub

BMT-nin İnkişaf Proqramının ətraf mühit layihələri üzrə milli koordinatoru, iqlim dəyişikliyi və enerji səmərəliliyi üzrə ekspert Nazim Məmmədovu COP29-da BMTİP Azərbaycanı təmsil edəcək məsul şəxs təyin olunub.

QHT.az xəbər verir ki, Azərbaycan Dövlət Neft Akademiyası və Yaponiyanın Yokohama Milli Universitetini bitirmiş cənab Məmmədov Azərbaycanda İqlim Dəyişikliyi gündəliyinə və Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsinə töhfə verən bir sıra ekoloji və enerji səmərəliliyi layihələrini uğurla həyata keçirib.

BMTİP Azərbaycan iqlim dəyişikliyinin təsirləri ilə mübarizədə Azərbaycan hökumətinə dəstəyini bir daha bəyan edir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 bu il noyabrın 11-dən 24-dək Azərbaycanda keçiriləcək.

Dayanıqlı gələcək üçün bir araya gələk!


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı