Xəbərlər 24.04.2024 16:32 1469

Dünya Hemofiliya Konqresində Azərbaycanın aktiv iştirakı: Madriddə

Dünya Hemofiliya Federasiyasının (WFH) təşkilatçılığı ilə İspaniyanın Madrid şəhərində 3000-dən çox iştirakçı üçün elmi konqresin sərgisi keçirilib.

QHT.az xəbər verir ki, bu barədə Hemofiliya Xəstələrinin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov məlumat verib: “Avropa Hemofiliya Konsorsiumin stentində Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının (Hemofiliya Azərbaycan \ Hemophilia Azerbaijan) fəaliyyətini əks etdirən posteri görmək qürur vericidir. Sərgidə müasir dərman preparatlarının və beynəlxalq pasiyent təşkilatlarının stendləri təqdim olunmuşdur”.

Qeyd edək ki, bu elmi konqres, hemofiliya və onunla bağlı digər qan xəstəlikləri ilə mübarizə sahəsində dünya səviyyəsində ən aktual məsələlərin müzakirə edilməsi, yeni yönümlərin və həll yollarının axtarılması üçün əhəmiyyətli bir platforma çevrilmişdir. Hemofiliya Xəstələrinin Respublika Assosiasiyasının aktiv iştirakı isə ölkənin bu sahədəki rolunu və beynəlxalq əməkdaşlığı gücləndirmək üçün atdığı addımları nümayiş etdirir.

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı