Xəbərlər 05.04.2024 00:24 1464

"Aprel" Döyüşlərinin Yubileyi: "Zəfərin 4 Anı" Tədbiri - VİDEO

“Aprel” döyüşlərinin növbəti ildönümü ilə əlaqədar bu gün “Zəfərin 4 anı” adlı tədbiri keçirilib. Bu tədbir, "Aprel" hadisələrinin döyüşçülərin və qəhrəmanların xatirəsinə hörmətə həsr olunmuşdur.

QHT.az xəbər verir ki, tədbirdə ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan qəhrəman Vətən övladlarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni oxunub. 

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova çıxış edərək, tarixi qələbəmizin əhəmiyyətindən danışıb. QHT sədri 2016-cı ilin aprel ayında Ermənistan silahlı qüvvələrinin dövlətimizə qarşı növbəti silahlı təxribat törətməsini, lakin qüdrətli Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmənə ağır zərbələr vurduğunu bildirib. Qeyd olunub ki, Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının 2000 hektardan çox ərazisinin işğalçılardan azad edilməsi, həmin ərazilərin Azərbaycan Ordusunun tam nəzarətinə keçməsi nəticəsində qəhrəman döyüşçülərimiz xalqımıza qələbə sevinci yaşadıb. Sonra Aprel döyüşlərindən bəhs edən, Şəhid yaxınları, döyüşçülərimiz, qazilərimiz və könüllülərin də iştirakı ilə döyüşçülərin və qəhrəmanlara həsr edilmiş bədii kompozisiya göstərilib, səhnəcik və şeirlər səslənib. Kompozisiya tədbir iştirakçıları tərəfindən maraqla izlənilib. 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı