Xəbərlər 06.04.2024 10:50 2040

İngiltərədə itlər diri-diri çürüməyə başlayır

Böyük Britaniya mediası ölkədə Alabama Rot V (CRGV) adlı nadir xəstəlik hallarının artdığını bildirib. Təhlükəli xəstəlik itin dəri və böyrəklərindəki qan damarlarını bağlayaraq ətin çürüməsinə səbəb olur. Naked-Science yazır ki, xəstəlik ölümcül ola bilər.

QHT.az xəbər verir ki, xəstəliyin yeni halları Dorçesterdə (Böyük Britaniyanın cənub-qərbi Dorset) qeydə alınıb. Xəstəlik Şotlandiya, İrlandiya, Uels və İngiltərənin şimalına da yayılıb.

Xəstəliyin səbəbi hələ aydın deyil. Bir versiyaya görə, bunlar bataqlıqlarda yaşayan və ev heyvanlarının kürkünə girən bakteriyalardır. Xəstəliyin müalicəsi yoxdur. Baytarlar ev sahiblərinə gəzintidən evə qayıdarkən itlərinin pəncələrini yaxşıca yumağı tövsiyə edir.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı