Xəbərlər 08.04.2024 13:49 1097

Şəhidimiz Ceyhun Nüsrətlinin doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Ceyhun Aqil oğlu Nüsrətli‎ 8 aprel 1995-ci ildə Beyləqanda anadan olub.

QHT.az xəbər verir ki, 2012-2016-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil alıb. 2019-cu ilin oktyabrında hərbi xidmətə yollanıb. O, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və 29 sentyabr tarixində bu istiqamətdə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Ceyhun Nüsrətli göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhu şad olsun!


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı