Xəbərlər 25.04.2024 15:07 1284

Şəhidimiz Elgün Əmiraslanovun doğum günüdür!

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elgün Əmiraslanov 25 aprel 1995-ci ildə Göygöl şəhərində anadan olub.

QHT.az xəbər verir ki, 2012-2013-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olub, 2016-cı ildən etibarən isə müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarında xidmət etməyə başlayıb. O, 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və 27 sentyabr tarixində bu istiqamətdə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Elgün Əmiraslanov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhu şad olsun!


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı