Xəbərlər 09.04.2024 23:59 7111

Dünya Hemofiliya Gününə həsr olunmuş Muğam konserti - FOTOLAR

Bu gün Beynəlxalq Muğam Mərkəzində Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası Mirzə Ələkbər Sabir Fondu, Beynəlxalq Muğam Mərkəzi ilə bərabər dövlət qurumları, həkimlər və ictimai xadimlərin iştirakı ilə Dünya Hemofiliya Gününə həsr olunmuş Muğam konserti keçirilib.

QHT.az xəbər verir ki, ilk öncə Dövlət Himni səsləndi. Ardınca Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Salamlama və açılış nitqi ilə çıxış edən “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə bildirib ki, 147 ölkədə bu gün Hemofiliya Günü kimi qeyd olunur, Hemofiliya Xəstələrin Respublika Assosiasiyası uzun illərdir ki, 1997-ci ildən başlayaraq bu sahədə uğurlu fəaliyyət göstərir: "Onun fəaliyyəti Azərbaycan Respublikasının bütün ərazisini əhatə edir, yüzlərlə, minlərlə pasiyentləri əhatə edir və bu ötən dövrdə təşkilat həm vətəndaş cəmiyyəti nümayəndələrinə, həm dövlət qurumları ilə çox geniş əlaqələr qura bilib. Bu fəaliyyətləri biz həmişə görürük və dövlət qurumları da görür”.

Sonra Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının 2023-cü il fəaliyyəti ilə bağlı videorolik təqdim olunub. Daha sonra Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası sədri Ayaz Hüseynov çıxış edib. O qeyd edib ki, tədbirin məqsədi müxtəlif nadir qanın laxtalanma pozğunluqları il olan xəstəliklərə dövlət qurumlarının, həkimlərin və ictimaiyyətin diqqətinin cəlb edilməsi və bununlada keyfiyyətli müalicəyə nail olunmasıdır.

Mirzə Ələkbər Sabir Fondunun təsisçisi və prezidenti Sevda Tahirli çıxışı zamanı qeyd edib ki, biz yalnız etdiklərimiz üçün deyil etmədiklərimiz üçün də məsuliyyət daşıyırıq. O, bu gözəl məqamı əbədiləşdirmək üçün Assosiasiyanın rəhbəri Ayaz Hüseynova öz mükafatını təqdim edib.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli bildirib ki, insan sağlam olduqda, özünü yaxşı hiss etdikdə pozitiv olur və ətrafa da pozitiv baxır: "Qan xəstəlikləri olan insanlar və onların ailələri çətinliklərlə üzləşir. Bu kifayət qədər maliyyə tələb edən bir prosesdir. Bunu həyata keçirməkdən ötrü müvafiq mexanizmlər olmalıdır. Amma şükürlər olsun ki, icbari sığortanın tətbiqi ilə yeni səhiyyə maliyyələşdirmə mexanizmləri ilə bu proseslərdə artıq irəliləyişlərin şahidi oluruq.Bu istiqamətdə bütün proseslər icbari sığort tamamilə bütün patologiyaları əhatə edəcəkdir və maliyyələşmə təmin olunacaq. Bu da bizim ölkə, cənab prezidentimiz, xüsusən xanım birinci vitse, prezident Mehriban Əliyevanın insanlarımızın sağlamlığına göstərdiyi qayğının tipik nümunəsidir. Biz artıq çox böyük dəyəri olan çox böyük maliyyə tutumlu olan əməliyyatları həyata keçirə bilirik. Müəssisələrin ilk günü gündən inkişaf edir. Son olaraq bu günkü tibb müəssisələrinin açılışını göstərmək olar. Demək olar ki, dünyanın ən aparıcı texnologiyalar təşkil olunmuş, texnologiyalar ilə təchiz olunmuş tibb müəssisələrini müşahidə edirik. Qeyri hökumət təşkilatlarının bu proseslər önəmlidir. Bizim görə bilmədiyimiz dövlət, səhiyyə qurumlarının görə bilmədiyi nəyisə unutduğumuz və yaxud hansısa problemi tam ola bilər. Bizə çatmayan, bizə əl yetirən insanların səsini çatdırmaq üçün qeyri hökumət təşkilatları böyük iş görür. Xüsusən də hər iki təşkilat özlərinə minnətdarlığımı bildirirəm. 17 aprellə əlaqədar olaraq bu xəstələrimizin bir daha diqqətlərini cəlb etmək üçün olan bir günü Günə həsr olunmuş tədbiri Muğam Mərkəzində keçirmək çox önəmlidir. Bu onu göstərir ki, biz həm də öz xalqımızın adət ənənələrini də unutmuruq".

İctimaiyyəti hemofiliya xəstəlikləri haqqında maarifləndirmək, müzakirlər aparmaq üçün bu cür tədbirlərin təşkil olunmasını təqdirəlayiq bilən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Göndərişlər şöbəsinin müdiri Arif Əkbərov qeyd edib ki, ölkəmizdə 2006-cı ildə dövlət Proqramı mövcuddur və həyata keçirilməsi davam edir və bu gün də uğurla davam olunmaqdadır: "Məlumdur ki, səhiyyə islahatlarının tərkib hissəsi olan icbari tibbi sığorta sisteminin bütün ölkələr üzrə üç ildir fəaliyyətini davam etdirir. İcbari tibbi sığorta çərçivəsində 3315 xidmət göstərilir. İcbari tibbi sığortanın qısa müddətdə tətbiq olunmasına baxmayaraq, səhiyyənin digər sahələrində olduğu kimi, irsi qan xəstəlikləri əziyyət çəkən şəxslərə, tibbi xidmətlərin yaxşılaşdırılmasında əhəmiyyətli işlər görülmüşdür. Bu işlərdən biri də 2022-ci ildə İcbari Sığorta üzrə Dövlət Agentliyi tərəfindən əhaliyə göstərilən transfuzioloji xidmətlərin və qan üçün müasir standartlara uyğunlaşdırılması istiqamətində bir sıra yeniliklər həyata keçirilərək Agentlik tərəfindən Mərkəzi Bankına ilk dəfə olaraq infeksiyalarına seroloji aylar üçün yüksək spektivliyə və həssaslığa malik olan dörd ədəd tam avtomatlaşdırılmış analizator cihazı quraşdırılaraq istifadəyə verilmişdir. Həmçinin Agentliyin bankında tətbiq edilən digər yeniliklərdən inkişaf etmiş ölkələrdə olduğu kimi lif tipli qan torbalarının istifadəsinə keçidlə bağlıdır. Qeyd edim ki, agentlik xəstəxana idarəetmə sisteminin mərkəzi qanuni tədarük zəncirini gücləndirməyə ehtiyacı olan şəxslərin qan və onun komponentləri ilə təminatını yaxşılaşdırmaq məqsədilə yaradılmışdır".

Tədbir daha sonra bədii hissə ilə davam etdirilib.

 

 

Pərvanə Fərhadqızı

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı