Xəbərlər 18.04.2024 00:11 1512

Tbilisidə minlərlə etirazçı hökumət binasına doğru irəliləyib

Xarici agentlər haqqında qanunun qəbuluna etiraz edənlər Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə görüş tələb ediblər. Rustaveli prospektindən hökumət administrasiyasına üz tuturlar.

QHT.az xəbər verir ki, etirazçılar Gürcüstan hökumətini bir saat ərzində “siyasi bəyanatla çıxış etməyə” və keçən il baş verənlərə bənzər xarici agentlər haqqında qanunu geri götürməyə çağırıblar. Hökumət administrasiyası polis tərəfindən mühasirəyə alınıb. Yaxınlıqda su şırnaqları və təcili yardım maşınları var.

Çərşənbə günü parlament çoxluğu “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib. Təşəbbüsə əsasən, gəlirlərinin 20%-dən çoxu xaricdən gələn bütün QHT və KİV-lər “xarici gücün maraqlarını həyata keçirən” təşkilatlar elan ediləcək.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı