Xəbərlər 18.04.2024 00:25 2084

Rektor buraxılış imtahanında 300 bal toplayan şagirdlə görüşüb- FOTOLAR

UNEC rektoru professor Ədalət Muradov buraxılış imtahanında 300 bal toplayan Ankara məktəb-liseyinin XI sinif şagirdi Məhəmməd Əliyevlə görüşüb.

QHT.az xəbər verir ki, rektor imtahanlarda yüksək bal toplaması münasibətilə Məhəmməd Əliyevi təbrik edərək, ona gələcək təhsilində uğurlar arzulayıb. Məhəmməd Əliyev “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə ingilis dilində UNEC-də təhsil almaq istədiyini bildirib. Bacısının UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin 2-ci kurs tələbəsi olduğunu deyən M.Əliyev, onun müsbət rəyləri əsasında UNEC-i seçdiyini qeyd edib.

Səmimi keçən görüşün sonunda rektor Ədalət Muradov Məhəmməd Əliyevə Universitetin neftlə çəkilmiş rəsmini hədiyyə edib. Görüşdən sonra M.Əliyev UNEC-də infoturda olub, dərs və imtahan prosesi ilə tanış olub.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı