Xəbərlər 18.04.2024 10:43 1121

İlk rüb ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və qurumlarında 498 min vətəndaş qəbul edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və qurumları tərəfindən bu ilin ilk rübündə 498 min vətəndaşın qəbulu həyata keçirilib.

 

Onlardan 30 min nəfəri Nazirliyin Aparatının və qurumlarının, yerli bölmələrin rəhbər şəxsləri tərəfindən, 468 min nəfəri Nazirliyin Aparatının və qurumlarının, yerli bölmələrin Qəbul otaqlarında, habelə DOST mərkəzlərində qəbul edilib. 

 

Həmçinin 2024-cü ilin yanvar-mart aylarında 554,3 min (o cümlədən yazılı və e-qaydada 129 min, sosial şəbəkələr üzərindən 22,3 min, “142” Çağrı mərkəzi vasitəsilə 403 min) vətəndaş müraciəti cavablandırılıb. 

 

Hər bir vətəndaş müraciəti qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılaraq cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərlə əlaqədar aidiyyəti tədbirlər görülüb. Həmçinin sorğu xarakterli müraciətlərlə bağlı izahatlar verilib. 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı