Xəbərlər 18.04.2024 17:31 2452

Hüquqşünaslar arasında SORĞU keçirilir

Hüquq sahəsində məqalə dərc edən jurnallarla əlaqədar hüquqşünaslar arasında sorğu keçirilir. Sorğu Hüquq və İnsan Haqları İnstitutu tərəfindən keçirilir. 

QHT.az xəbər verir ki, sorğunun məqsədi ölkəmizdə dərc edilən hüquq jurnalları barədə hüquqşünaslarımızın fikir, təklif və iradlarını bir araya toplamaqdan və daha sonra hüquq sahəsində dərc edilən jurnalların vahid elektron bazasını yaratmaqdan ibarətdir.

Araşdırmaya dəstək üçün cəmi 5 dəqiqə vaxtınızı alacaq bu anonim sorğuda fəal iştirak etməyinizi xahiş edirik!

Sorğuda iştirak etmək üçün son tarix və saat: 26 aprel 2024-cü il, saat: 12:00

SORĞU LİNKİ: https://docs.google.com/forms


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı