Xəbərlər 21.06.2025 12:23 48

Təşkilatlar arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTOLAR

Bakı Avrasiya Universiteti ilə Dünya Gənc Türk Yazarlar Birliyi arasında əməkdaşlıq memorandumu imzalanıb.

QHT.az xəbər verir ki, Dünya Gənc Türk Yazarlar Birliyi (DGYTB) ilə Bakı Avrasiya Universiteti (BAU) arasında əməkdaşlıq memorandumu imzalanıb.
Memorandumu  BAU-nun rektoru, Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Səyavuş Qasımov və DGYTB-nin başqanı, şair-publisist İntiqam Yaşar imzalayıblar.

Görüşdə universitetin elmi işlər üzrə prorektoru dosent Gülzar İbrahimova və Azərbaycan, Dünya ədəbiyyatı kafedrasının müdiri professor Elmira Məmmədova-Kekeç  və DGYTB-nin başqan müavini, şair Ayşən Rəhim edib. Tərəflər birgə təşkil olunacaq konfranslar, seminarlar, nəşrlər və digər mədəni layihələr haqqında ətraflı fikir mübadiləsi aparıblar. Söhbət zamanı imzalanmış sənədin gələcəkdə həyata keçiriləcək ortaq layihələr və ədəbi-elmi yönümlü əməkdaşlıqların əsasını qoyduğu vurğulanıb.
Əməkdaşlıq memorandumu iki qurum arasında ədəbi və elmi istiqamətdə daha sıx əlaqələrin qurulmasına, gənc yazarların dəstəklənməsinə və ortaq türkcədə ədəbi nümunələrin təşviqinə xidmət edəcək.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı