Xəbərlər 22.04.2024 10:28 966

KOBİA sərgilərdə məhsullarını tanıtmaq istəyən KOB-lara dəstək göstərəcək

Bu ilin mayın 15-17-də Bakı Ekspo Mərkəzində keçiriləcək 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (“Caspian Agro”) və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi (“InterFood Azerbaijan”) sərgilərində KOB subyektlərinin məhsul və xidmətlərini tanıtmaq üçün xüsusi stend qurulacaq.

 

QHT. az bildirir ki,  bu barədə Oxu.Az-a İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib.

 

Bu, KOBİA tərəfindən təmin ediləcək dövlət dəstəyi hesabına həyata keçiriləcək. Stendlərdə məhsul və xidmətlərini təqdim edəcək KOB-lar tərəfindən hər hansı ödəniş edilməyəcək, sərgi ilə bağlı bütün xərclər dövlət tərəfindən qarşılanacaq.

 

Məqsəd KOB subyektlərinin istehsal etdikləri məhsulları və xidmətləri geniş istehlakçı auditoriyasına tanıtmaq, satışına dəstək olmaqdır. KOB-ların sərgilərdə iştirakına dəstək mexanizminin əhatə edəcəyi sərgilər barədə sahibkarların məlumatlandırılması üçün əvvəlcədən KOBİA-nın www.smb.gov.az saytında, sosial şəbəkələrdəki hesablarında və mediada elanlar veriləcək.

 

Məhsul və xidmətlərini təqdim etmək istəyən KOB-lar mayın 5-dək KOBİA-ya müraciət edə bilərlər. Sərgidə iştirak etmək istəyən KOB-lar müvafiq formanı doldurmaqla müraciət etməlidirlər: https://smb.gov.az/az/contact-form/exhibition-form/1


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı