Xəbərlər 26.04.2024 07:57 1318

Ayaz Hüseynov Madrid şəhərində keçirilən Elmi Konqressin mözularından danışdı

Dünya Hemofiliya Federasiyasının təşkilatçılığı ilə İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən Elmi Konqress başa çatdı.

QHT.az xəbər verir ki, Hemofiliya Xəstələrinin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov bildirib ki, konqresdə dünya şöhrətli alimlər tərəfindən vacib mövzular üzərində çıxışlar edilmişdir.

Bunlardan:

● A və B Hemofiliyanın müasir müalicəsi;

● Gen terapiyası və əldə olunan nailiyyətlər;

● Müasir müalicədə tətbiq edilən uzun müddətli dərman preparatları;

● Villebrand xəstəliyindən əziyyət çəkən pasiyentlərə yeni yanaşma və dərman preparatının seçimi;

● Laxtalanma pozğunluqlarının müalicəsində müasir protokolların tətbiqi və sair mövzular olmuşdur.

Əldə olunan bilgilər hemofiliya və digər qanın laxtalanma pozğunluqlarının müalicəsini yeni və müasir mərhələyə çıxarmağa zəmin yaradacaq.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı