Xəbərlər 07.05.2024 14:37 1612

Şəhidimiz Kazım Məmmədsalahovun doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Kazım Məmmədsalahov 7 may 1989-cu ildə Şəki rayonunun Qoxmuq kəndində anadan olub.

QHT.az xəbər verir ki, Kazım Məmmədsalahov 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və 7 oktyabr tarixində bu istiqamətdə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Kazım Məmmədsalahov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhu şad olsun!


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı