Xəbərlər 07.05.2024 10:25 916

Azərbaycan və Slovakiya arasında sənədlər imzalandı

Bu gün Bakıda Azərbaycan-Slovakiya Biznes Forumu başlayıb.

 

QHT.az Axar.az-a istinadən xəbər verir ki, forumda Azərbaycan və Slovakiyanın iqtisadiyyat nazirləri Mikayıl Cabbarov və Denisa Sakova iştirak edirlər.

 

***

 

Azərbaycan və Slovakiya arasında iki sənədə imza atılıb.

 

Bu sənədlər Azərbaycan-Slovakiya Biznes Forumu çərçivəsində imzalanıb.

 

Bildirilib ki, sənədlərdən biri Azərbaycan İnvestisiya Şirkəti və Slovakiya İxrac və İdxal Bankı (EXIMBANKA), digər isə Slovakiyanın “SEAK Energetics” şirkəti və ITECH GROUP MMC arasında əməkdaşlıq memorandumlarıdır.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı