Xəbərlər 07.05.2024 14:04 1018

Vyetnam vətəndaşı 37 ildən sonra məzun olduğu UNEC-də olub - FOTOLAR

1983-1987-ci illərdə UNEC-də “maliyyə” ixtisası üzrə təhsil almış Vyetnam vətəndaşı Nguyen Thu Hien 37 ildən sonra məzun olduğu universitetdə olub.

QHT.az xəbər verir ki, xanım Nguyen bir zamanlar təhsil aldığı universitetlə yenidən tanış olaraq, təəssüratlarını bölüşüb: “1983-c ildə Dövlət Proqramı çərçivəsində bir qrup ilə birlikdə Vyetnamdan Azərbaycana təhsil almaq üçün gəlmişdik. Mən və rəfiqəm Nquen Txi Xan “maliyyə” ixtisasını seçdiyimiz üçün İqtisad Universitetində təhsil aldıq. O, ötən il UNEC-də olmuşdu və rektorla görüşmüşdü. Mən də bu il universitetimi ziyarət etmək istədim. Universitetdə çox şey dəyişsə də buranın divarları, binası mənə çox doğmadır. UNEC-dəki yeniliklərə heyran qaldım. Təhsilin rəqəmsallaşdırılıması ilə bağlı çox uğurlu işlər görülüb”.

Nguyen Thu Hien universiteti ziyarət etdikdə, UNEC-dəki rəqəmsallaşdırma prosesində görülən uğurlu işləri diqqətlə izlədiyini bildirir. Bu, müasir dünya ilə addım-saddım yanaşıldığını göstərir və təhsilin texnologiyalardan istifadəsini vurğulayır. Bu cür rəqəmsallaşdırma tədbirləri təhsil keyfiyyətini artırmaq və tələbələrin peşəkar təminatını gücləndirmək üçün vacibdir.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı