Xəbərlər 07.05.2024 16:00 1469

Hüquq və İnsan Haqları İnstitutunun təlimçi-ekspertləri təlim keçiriblər - FOTOLAR

İnstitutun təlimçi-ekspertləri Qaradağ Rayon İcra Hakimiyyətində təlim keçiriblər.

QHT.az xəbər verir ki, Hüquq və İnsan Haqları İnstitutunun təlimçi-ekspertləri tərəfindən mayın 7-də Qaradağ Rayon İcra Hakimiyyətində “Vətəndaşların müraciətlərinə baxılması”, “Korrupsiya, rüşvət və etik davranış” və “Sosial mediada məsuliyyət” mövzularında təlim keçirilib.

Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Nadir Muradov icra hakimiyyəti orqanlarında çalışan əməkdaşların peşə savadlılığının və iş prosesində interaktivliyinin artırılması məqsədilə İnstitut tərəfindən təşkil olunan təlimin əhəmiyyətindən bəhs edib. İnstitutun İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayev çıxışında İnstitutun fəaliyyət istiqamətləri barədə ümumi məlumat verib və gələcək planlardan söz açıb.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı