Xəbərlər 08.05.2024 11:19 2027

Məşvərət Məclisinin üzvü ilə görüş keçirilib - FOTOLAR

"Bu ilin əvvəlində “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) sədri yanında Məşvərət Məclisinin formalaşdırılmasına qərar verilib. Azərbaycanın və digər türk dövlətlərinin ziyalıları, ictimai-siyasi xadimləri, millət vəkilləri, o cümlədən iş adamlarının daxil olduğu Məşvərət Məclisinin formalaşdırılması prosesinin birinci mərhələsi arxada qalıb”.

QHT.az xəbər verir ki, bu sözləri CASCFEN sədri, Əməkdar jurnalist Nadir Azəribildirib. Onun sözlərinə görə, Məşvərət Məclisinin üzvləri ilə görüşlərə və onlara üzvlük vəsiqələrinin təqdim edilməsinə başlanılıb: “Təşkilatın gənc üzvlərinin də iştirak etdiyi ilk belə görüş türk dünyası sevdalısı, Unity Company şirkətinin təsisçisi Fikrət Əliyevlə oldu. Görüş çox məhsuldar və yaddaqalan oldu. Fikrət müəllim öncə təşkilatın işinə uğurlar arzuladı. O, eyni zamanda gəncləri türk dünyasının gələcəyi üçün atılan hər bir addıma dəstək verməyə, onları bu prosesdə, o cümlədən fəaliyyətini türk dünyasına xidmət üzərində quran CASCFEN-in həyata keçirdiyi tədbirlərdə daha fəal olmağa çağırıb, türk dünyasına xidmət istiqamətində CASCFEN üzvlərinə daha da əzmkar olmağı arzu edib.

Qeyd edək ki, Fikrət Əliyevə Məşvərət Məclisinin üzvlüyünə dair vəsiqə təqdim edilib. Məşəvərət Məclisinin digər üzvləri ilə də görüşlər keçiriləcək.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı