Xəbərlər 08.05.2024 11:36 1072

Avropa Şurasının Süni İntellekt üzrə Çərçivə Konvensiyası yekunlaşdırıldı

Avropa Şurasının Süni İntellekt üzrə Komitəsi “Süni intellekt, insan hüquqları, demokratiya və qanunun aliliyi” haqqında Çərçivə Konvensiyasının mətni üzərində işləri yekunlaşdırıb.

QHT.az xəbər verir ki, Hüquq və İnsan Haqları İnstitutundan verilən məlumata görə, həmin Konvensiya ilə bağlı müzakirələr müxtəlif tərəflərin iştirakı ilə 18 ay davam edib. Avropa İttifaqına və Avropa Şurasına üzv ölkələrlə yanaşı, ABŞ, Avstraliya, Yaponiya və Kanada kimi digər ölkələrin nümayəndələri də müzakirələrdə iştirak ediblər. Konvensiyanın məqsədi dövlət və özəl sektorlara aid süni intellekt sistemlərinin fəaliyyətində Avropa Şurasının insan hüquqları, demokratiya və qanunun aliliyinə dair hüquq standartlarını təmin etməkdir. Konvensiyaya üzv olacaq dövlətlərdən müvafiq qanunvericiliyə uyğun olaraq inzibati və ya digər tədbirlər görmək tələb olunacaq. Bu tələblər Konvensiyanın bünövrəsini təşkil edən insan ləyaqəti, şəffaflıq, hesabatlılıq, məxfilik, bərabərlik və ayrı-seçkiliyə yol verməmək kimi prinsiplərə riayət olunmasına xidmət edəcək. Konvensiya 3-ü Avropa Şurasına üzv dövlət olmaqla, beş dövlət tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı