Xəbərlər 23.05.2024 13:33 1132

Qəhrəman şəhidimiz Alim Şükürovun doğum günüdür

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri olan Alim Şükürov 1998-ci il mayın 23-də Cəlilabad rayonunun Ağdaş kəndində anadan olub.

QHT.az xəbər verir ki, O, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və 9 noyabr tarixində Zəngilan istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Alim Şükürov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Cəbrayılın azad olunmasına görə" və "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhu şad olsun!


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı