Xəbərlər 06.06.2024 10:45 2340

Qəhrəman Şəhid Hərbi Həkim Anar Məmmədovun doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin tibb xidməti kapitanı olan Anar Məmmədov 1984-cü il iyunun 6-da Cəbrayıl rayonunun Dağ Tumas kəndində anadan olub.

QHT.az xəbər verir ki, 2003-cü ildə Tibb Universitetinə qəbul olub və 2006-cı ildə öz istəyi ilə təhsilini Hərbi tibb fakültəsində davam etdirməyə başlayıb. Hərbi tibb təhsilini bitirdikdən sonra "baş leytenant" kimi orduda xidmətə başlayıb. 6 ay Əfqanıstanda sülhməramlı taborda hərbi həkim kimi xidmət edib. 2016-cı ilin "Aprel döyüşləri"nin də iştirakçısı olan Anar Məmmədov 44 günlük Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Xocavəndin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçiləri döyüş meydanından çıxarıb. Noyabrın 3-də Xocavənd istiqamətində gedən döyüşlərdəki ağır yaralılara kömək etmək üçün gedərkən yolda mühasirəyə düşüb və son nəfəsinə kimi vuruşaraq qəhrəmancasına şəhid olub.

Anar Məmmədov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhu şad olsun!


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı