Qəhrəman şəhidimiz Ülvi Rəhimovun doğum günüdür
Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan Ülvi Rabil oğlu Rəhimov 2002-ci il iyulun 17-də Abşeron rayonunun Məmmədli qəsəbəsində anadan olub.
QHT.az xəbər verir ki, 2020-ci ilin iyulunda müddətli həqiqi hərbi xidmətə yollanıb. O, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Murovdağ, Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və 5 oktyabr tarixində Füzuli istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Ülvi Rəhimov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Kəlbəcərin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
Ruhu şad olsun!