Tədqiqatçılar kütləvi ölümlərin qarşısını almaq üçün Amazonda çəhrayı delfinləri araşdırdılar
Amazon çay delfinləri unikal şirin su növüdür.
QHT.az xəbər verir ki, bioloqlar, baytarlar və balıqçılardan ibarət komanda, Amazonda şiddətli quraqlıq səbəbindən yüzlərlə delfinin ölümünün təkrarlanmaması üçün nadir şirin su delfinlərini tədqiq edir. Delfinlər qan testləri və digər müayinələr üçün tutulub, sonra Tefe gölünə qaytarılıb. Keçən il quraqlıq nəticəsində Amazon çayında suyun temperaturu və oksigen çatışmazlığı səbəbindən çoxlu delfin və balıq ölümləri baş vermişdi. Tədqiqatçılar bu ölümlərin səbəblərini öyrənərək, gələcək quraqlıqlara daha yaxşı hazırlaşmağı planlaşdırırlar.
Pərvanə Fərhadqızı