Parisdə üçüncü qızılımız!
Azərbaycanın paratleti Lamiyə Vəliyeva, Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında növbəti böyük uğura imza atdı. T13 kateqoriyası üzrə 100 metr məsafəyə qaçışda 11.76 saniyə ilə finiş xəttini birinci keçərək ölkəmizə üçüncü qızıl medalı qazandırdı!
QHT.az xəbər verir ki, bBu möhtəşəm nəticə Azərbaycan idmanının gücünü bir daha sübut edir. Qazandığı qızıl medal münasibətilə Lamiyə Vəliyevanı təbrik edirik və onun uğurları ilə fəxr edirik!
Qeyd edək ki, Azərbaycan yığmasının hesabında artıq 3 qızıl, 1 gümüş və 1 bürünc medal var. İmaməddin Xəlilov (parataekvondo, 70 kq) və Səid Nəcəfzadə (T12, uzunluğa tullanma) qızıl, Raman Saley (100 metr məsafəyə arxasıüstə üzmək) gümüş, Sabir Zeynalov (parataekvondo, 58 kq) isə bürünc medalla vətənə qayıdıb.
QHT.az olaraq, bütün idmançılarımızı təbrik edir, gələcək yarışlarda da uğurlar arzulayırıq!