BMT-yə Ermənistanın Universal Dövrü İcmal üzrə 4-cü tskl hesabatına alternativ hesabat göndərildi
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası və İnsan Hüquqları üzrə Təlim və Tədqiqat İctimai Birliyi Ermənistan Respublikasının BMT-nin İnsan Hüquqları Şurasına təqdim etdiyi 4-cü tskl dövrü hesabatı ilə bağlı alternativ məlumat hazırlayıb. Zəruri prosedurlar həyata keçirildikdən sonra alternativ birgə məlumat (joint submission) İnsan Hüquqları Şurasının 17\119 nömrəli qərarı ilə qəbul edilmiş təlimatlara uyğun olaraq Birləşmiş Mİllətlər Təşkilatının rəsmi veb səhifəsi üçün onlayn sistem üzərindən yerləşdirilib. Ermənistan Universal Dövrü İcmal üzrə 4-cü tskl hesabatını BMT İnsan Hüquqları Şurasının 2025-ci ilin 28 aprel-9 may tarixlərində keçiriləcək 49-cu sessiyasında təqdim edəcək.
QHT.az xəbər verir ki, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası və İnsan Hüquqları üzrə Təlim və Tədqiqat İctimai Birliyi tərəfindən hazırlanan birgə məlumat Ermənistanın 3-cü tskl milli məruzəsi ilə bağlı interaktiv dialoq zamanı verilən və Ermənistan tərəfindən baxılan və qəbul olunan tövsiyələri (Ayrı-seçkilik, işgəncə, uşaq hüquqları və s.) əhatə edir. Bundan əlavə birgə məlumatda Ermənistan tərəfindən başqa xalqlaraın mədəni irsinin məhv edilməsi, Azərbaycana məxsus muzey sərvətlərinin talan edilməsi və geri qaytarılmaması məsələləri də əhatə olunub.
Birgə məlumatla yanaşı Ermənistanda uşaqların hərbi münaqişələrə cəlb olunmasını, Azərbaycanlı əsrlərə verilən işgəncə faktlarını göstərən şəkilli əlavə də yerləşdirlib.
Qeyd: Universal Dövri İcmal adlandırılan mexanizm vasitəsi ilə BMT-nin İnsan Hüquqları Şurası dövri olmaqla Birləşmiş Millətlər Təşkilatının 193 üzvü tərəfindən insan hüquqlarına aid vəzifə və öhdəliklərin yerinə yetirilməsini nəzərdən keçirir. İnsan Hüquqları Şurasının 47 üzvündən ibarət olan UDİ üzrə İşçi Qrupun Cenevrə şəhərində keçirilən sessiyasında baş tutur. İcmal prosesi nəzərdən keçirilən ölkə, Şura üzvü olan və müşahidəçi statusunda olan ölkələrinin arasında üç saat yarımlıq interaktiv dialoq şəklində həyata keçirilir. İnteraktiv dialoqdan bir neçə gün sonra İşçi Qrup protokol qəbul edir.
2006-cı ilin martında BMT Baş Assambleyası tərəfindən 60/251 saylı qətnamə ilə yaradılmış Universal Dövrü İcmal mexanizmi hər bir ölkədə insan hüquqlarının təşviqi və müdafiəsini sürətləndirmək, dəstəkləmək və genişləndirmək üçün nəzərdə tutulmuşdur. Hər bir dövlət 4,5 ildən bir hesabat təqdim etməlidir. Nəticə olaraq hər bir hesabat verən dövlətə növbəti dövrdə icra etmək üçün tövsiyələr verilir.