Xəbərlər 16.09.2024 00:20 4627

Mediasiya Şurası və Probasiya Xidməti pilot layihəyə start verir

Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilovun verdiyi məlumata görə, Mediasiya Şurası ilə Probasiya Xidməti zərərçəkmiş və cinayət törətmiş şəxslər arasında mediasiya işlərinə (victim-offender mediation) pilot qaydada başlamağa hazırlaşır. Bu təşəbbüs, Azərbaycanda bərpaedici ədliyyə (restorative justice) prinsipini tətbiq etməklə ədalət sistemində islahatların bir hissəsi kimi həyata keçirilir.

QHT.az xəbər verir ki, N. Adilov bildirib ki, bu layihə ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında ədliyyə sahəsində baş verən islahatların bir hissəsi olaraq həyata keçirilir. Layihənin əsas məqsədi probasiya qeydiyyatında olan məhkumlarla zərərçəkmiş şəxsləri barışdırmaq, onların sosial adaptasiyasını və reabilitasiyasını təmin etmək, eləcə də yeni cinayətlərin qarşısını almaqdır.

Bu addım, hüquq islahatlarının praktiki tətbiqi istiqamətində əhəmiyyətli bir mərhələ kimi qiymətləndirilir. Nadir Adilov ədliyyə naziri Fərid Əhmədova göstərilən dəstəyə görə təşəkkür edərək, bu təşəbbüsün hüquq sistemində yeni və mütərəqqi bir mərhələnin başlanğıcı olduğunu vurğulayıb.

Mövzu ilə bağlı əlavə məlumat və bərpaedici ədliyyə haqqında Probasiya Xidməti rəisi Vüqar Ağayevin məqaləsi yaxın zamanda paylaşılacaq.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı