Xəstələrə hüquqi yardım: “Leykemiya xəstəsi olan ailələrlə iş” layihəsi
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən “Leykemiya xəstəsi olan ailələrlə iş” adlı layihə maliyyələşdirilib. Layihə 01 avqust 2024-çü il tarixindən 31 oktyabr 2024-cü ilə qədər davam edəcək. Layihə çərçivəsində Leykemiyalı xəstələrin ailə üzvləri ilə görüşərək sosial vəziyyətini öyrənərək hüquqi yardım göstəriləcək.
QHT.az xəbər verir ki, bu barədə “Leykemiya ilə mübarizə” İctimai Birliyinin rəhbəri Mehriban Bağırova məlunmat verib. Onun sözlərinə görə, Azərbaycan Respublikası ərazisində təqribən 3000 yaxın müxtəlif yaş kateqoriyalı leykemiyalı xəstə vətəndaşlarımız var. Leykemiya xəstəliyinin yayılma tezliyi ölkədə müxtəlif regionlarda olmasına baxmayaraq, lakin yeganə müalicə ocağı Bakı şəhərində olduğu üçün xəstəsi olan ailələr öz doğma yurdlarından köçüb, Bakı və Sumqayıt şəhərlərində yaşamaq məcburiyyətindədirlər. Belə olan halda onların yaşayış şəraitləri yaxşı olmadığı guman edilir, ailədə digər ailə üzvlərinin mütəmadi təhsil almaq, yaxşı işlə təmin olunmaq ehtimalı azalır. Bu vətəndaşlar xəstəliyin müalicəsinə daha cox vaxtlarını ayırdıqlarına görə ölkədə gedən siyasi-ictimai proseslərdən xəbərləri olmur və buda onların həyat səviyəsinin yaxşılaşmasına imkan vermir. Bir cox xəstələr öz hüquqlarından xəbərdar olmadıqlarına görə dövlətin onlara ayırdığı sosial imtiyazlardan istifadə edə bilmirlər. Dövlətin humanitar siyasətindən məlumatları yoxdur. Bütün deyilənləri nəzərə alıb, leykemiya xəstəsi olan ailələrin sosial vəziyyətinin öyrənilməsi və monitorinqi zəruri olduğu üçün onlara hüquqi yardım göstərilməsi vacibdir. Hüquqlarını biləndən sonra xəstə uşaqlarına daha cox kömək edə bilərlər. Həm təhsildə həmdə sosial müdafiəsində hüquqlarından istifadə edərək leykemiyanın müalicəsində uğur qazana bilərlər. Leykemiyadan sağalan uşaqların şansları 85-90 %.
Tibb elminin inkişafı Azərbaycana təsir etdiyinə görə qan xərçəngindən əziyyət çəkən insanlar vaxtında tibb müəssisələrinə müraciət edərək adekvat müalicə alır və sağlamlığına qovuşur. Sağalmada yüksək nəticələri nəzərə alıb, bu barədə əhali arasında düzgün məlumatlandırma kampaniyasının kecirilməsi zəruridir. Bakı və Sumqayıt şəhərlərində leykemiyalı xəstəsi olan ailələr ilə görüşlər keçirilib, sorğu anketləri əsasında ailələrin sosial problemləri araşdırılıb və hüquqi yardımın göstərilməsi üçün New Baku Hotelində 28 sentyabr 2024-cü il tarixində təlim keçirildi. Təlimdə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin uşaq şöbəsinin rəhbəri Tibb elmləri doktoru Professor MirEldar Babayev, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin pediatrik şöbəsinin rəhbəri Könül xanım Bağırova, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin hematoloqu Şəfəq xanım Hüseynova tərəfindən leykemiya xəstəliyi haqqında xəstə uşaqların valideynləri və onların ailə üzvləri üçün dəyərli məlumatlar verildi. Hüquqşünas Vusal Mehrəliyev Dövlət tərəfindən onkoloji-hematoloji xəstələrə verilən imtiyazlar və qanunlar haqqında məlumat verildi və iştirakçıların sualları cavablandırıldı. Sonda İctimai Birliyin 2023-2024-cü illər ərzində gördüyü işlər haqqında çarx ğöstərildi. Təlimdə 43 nəfər leykemiya xəstəsi olan ailələrin üzvləri və 15 nəfər birliyin könüllüləri iştirak etdi.
Təlimlərə Səhiyyə Nazirliyinin dəstəyi ilə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin əməkdaşları cəlb edildi. Əldə edilən nəticələr haqqında cəmiyyətə KİV-in dəstəyi ilə çatdırıldı.