Deputat: "... vətəndaşlara daha çox güzəştli ipoteka imkanı verəcək"
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanmış fərmanla İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 87.7 milyon manat artırılaraq 1 milyard 68 milyon manata çatdırılıb.
QHT.az xəbər verir ki, Deputat Vüqar Bayramov bu addımın, dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına, güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsini təmin edəcəyini və daha çox vətəndaşın güzəştli ipoteka kreditlərindən yararlanmasına şərait yaradacağını qeyd edib. İndiyədək 51 min 778 ipoteka krediti verilib və bu məbləğ 3 milyard 249 milyon manatdan artıqdır.