Xəbərlər 10.11.2024 14:50 356

Masallıda maarifləndirici görüşlər davam etdirilir

“Narkomaniya və erkən nikaha yox deyək”

Masallı polisi maarifləndirici tədbirlərini davam etdirir.
Növbəti görüş rayonun Bədəlan kənd tam orta məktəbində gerçəkləşib.
“Narkomaniya və erkən nikahlara yox deyək” və “Polis Akademiyasında təhsilə təşviq edilməsi” mövzularında təşkil edilən maarifləndirici görüşdə Masallı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azay Ağayev, rəis müavini İxtiyar Talıbov, Masallı RİHB-nın Bədəlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mətanət Paşayeva, rayon təhsil sektorunun metodisti Hörmət Balakişiyev, məktəbin direktoru Arif Mehtiyev, müəllim və şagirdlər iştirak ediblər.
Diqqətə çatdırılıb ki, tədbirin keçirilməsində məqsəd məktəblilərin narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə maarifləndirilməsi, onlar arasında sağlam həyat tərzinin təbliğidir. 
Qeyd olunub ki, narkotik vasitələrdən istifadə edən hər bir şəxs uğurlu gələcəyindən imtina etməklə, cəmiyyətdə həmişə geridə qalır və aludəçiliyin, zərərli təsirlərin fəsadlarından qurtula bilmir. 
Çıxışlarda erkən nikaha daxilolmanın ağır nəticələr törətdiyi, bu kimi neqativ halların yetkinlik yaşına çatmayanların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olduğu vurğulanıb.
Tədbirdə həmçinin, ali təhsil müəssisələrinə hazırlaşan, daxili işlər orqanlarında xidmət etmək istəyən abituriyentlərə DİN-nin Polis Akademiyasına kursant qəbulu qaydaları ilə bağlı məlumat verilib.
Mövzu ilə bağlı maarifləndirici videoçarx nümayiş olunub, şagirdləri maraqlandıran suallar cavablandırılıb.

 

Akif AĞAYEV

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı