Xəbərlər 20.06.2025 17:38 84

İctimai Birlik Qax rayonunun Tasmalı kəndində maarifləndirici tədbir keçirdi - FOTOLAR

“Yeni Fikir” JHİB “Hibrid təhdidlərə qarşı yerli mediada iş” layihəsi çərçivəsində Qax rayonunun Tasmalı kəndində “Xarici müdaxilələr və hibrid təhdidlər” mövzusunda “Dəyirmi masa” keçirdi.

QHT.az xəbər verir ki, tədbiri giriş sözü ilə Qax rayon İcra Hakimiyyəti Başçısının Tasmalı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Məhərrəm Alagözov açaraq İştirakçıları və layihə heyətini salamlayır. Layihə rəhbəri Elmira Mehdiyevanın təklifi ilə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilir. Daha sonra o layihənin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə keçirildiyini bildirir və iştirakçıları layihənin məqsəd və məramı  ilə tanış edir.

Təlimçi İbrahim İbrahimov  çıxış edərək  bildirir ki, hazırda xarici dairələrin böyük canfəşanlıqla ölkəmizlə bağlı əsassız ittihamlar irəli sürməsi davam edir. Dünyada baş verən hadisələrdən aydın oldu ki, Qərb müəllifi olduğu “yeni dünya nizamı” çərçivəsində ənənəvi hibrid təhdidlərlə beynəlxalq münasibətləri özü istədiyi kimi formalaşdırmağa və istiqamətləndirməyə çalışır.  Cənubi Qafqaz da Qərb dairələrinin hibrid təhdidlərinin regional məkanlarından biridir. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında maraqlı olmayan Qərb dairələri hədəf seçdikləri ölkələrdə cidd-cəhdlə daxili qarşıdurmalar yaratmağa çalışırlar. Belə layihələrin vacibliyi də ondadır ki, gənclər maariflənsinlər, ayıq-sayıq olsunlar, bu cür feyk xəbərlərə inanmasınlar. Virtual aləmdə baş verənlərdən doğru-dürüst nəticə çıxarmağı bacarsınlar.

“Dəyirmi masa” iştirakçıları “feyk xəbər”i gerçək xəbərdən necə fərqləndir­məli, “feyk xəbər”in siyasi savaşda vurduğu ziyan, “saxta xəbərlər” harda istehsal olunur, rəqəmsallaşmanın yeni mediaya təsiri nədən ibarətdir kimi suallarla təlimçiyə müraciət edirlər. Onların sualları ətraflı cavablandırıldı. İştirakçılardan Eldar Cumayev, Baödagül Əhmədova, Kənan Baliyev, Rəna Həmzəyeva və başqaları bildirirlər ki, rəqəmsallaşma medianı daha əlçatan edib, smartfonlar, planşetlər və smart televizorlar kimi müxtəlif cihazlarda istənilən məlumatlara daxil olmaq mümkündür. YouTube, bloqlar və sosial media kimi platformalardan istifadə edən insanlar ənənəvi mediadan uzaqlaşdılar, onların özləri məzmun yaradıcısı olmaq imkanı qazandılar.

Layihə tədbiri qarşılıqlı diskussiya ilə davam etdi. İştirakçılar layihənin mövzusundan və mövzu ətrafında aldıqları bilgilərdən razı qaldıqlarını bildirdilər.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı