Mediasiya Şurasının rəhbərliyi Fəxri Xiyabanı ziyarət edib - FOTOLAR
Mediasiya Şurasının rəhbərliyi Heydər Əliyevin Anım Günü münasibətilə Fəxri Xiyabanı ziyarət edib.
QHT.az xəbər verir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Anım Günü ilə əlaqədar Mediasiya Şurasının rəhbərliyi Fəxri Xiyabanı ziyarət edib. Ziyarət zamanı Ulu Öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri düzülüb, onun əziz xatirəsi hörmət və ehtiramla yad edilib.