Azərbaycan Yazıçılar Birliyində Heydər Əliyevin anım günü keçirilib - FOTOLAR
Bu gün Azərbaycan Yazıçılar Birliyində (AYB) dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib. Tədbiri AYB-nin sədri, Xalq yazıçısı Anar açaraq, Heydər Əliyevlə görüşlərindən və onun ədəbiyyat, incəsənət sahələrinə göstərdiyi diqqət və dəstəkdən danışıb.
QHT.az xəbər verir ki, çıxış edənlər arasında AYB sədrinin müavini Rəşad Məcid, katiblər Səlim Babullaoğlu və Elçin Hüseynbəyli, "Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə, Bədii Tərcümə Mərkəzinin rəhbəri Əsəd Cahangir də olub. Onlar ulu öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, onun Azərbaycan ədəbiyyatına və mədəniyyətinə verdiyi töhfələrdən bəhs ediblər.
Tədbirin sonunda Anar müəllim Heydər Əliyevlə bağlı xatirələrini və səfər təəssüratlarını bölüşüb. Tədbir iştirakçıları böyük liderin ruhuna dualar edib.
Allah rəhmət eləsin! Ruhu şad olsun!