Xəbərlər 10.02.2025 19:50 252

Elməddin Behbud: “Gənclərin ictimai fəallığının artırılması üçün daim yeni təşəbbüslərə ehtiyac var”

Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyinin (DANİB) sədri Elməddin Behbud QHT.az-a açıqlamasında gənclərin ictimai fəallığının daha da artırılması üçün sosial və ictimai mühitin mütəmadi olaraq genişləndirilməsinin vacibliyini vurğulayıb. O, bildirib ki, paytaxt və regionlar arasında ictimai fəallıq baxımından təbii fərqlər mövcuddur və bu fərqlərin aradan qaldırılması üçün daha genişmiqyaslı layihələrə ehtiyac var.

“Büten tərəfdaş qurumlar - həm gənclər təşkilatları, həm donorlar, həm də gənclər siyasətinə məsul olan mərkəzi icra qurumları səmərəli əməkdaşlıq modelləri quraraq elə mühit formalaşdırmalıdır ki, gənclər təşəbbüskar olsun, daim yeni ideyalar axtarışında olsunlar. Bunun üçün ictimai disput mərkəzlərinin, düşüncə platformalarının, təhsil və məşğulluq imkanlarının əlçatanlığı artırılmalıdır. Xüsusilə, regionlarda gənclərin ictimai fəallığının artırılması üçün onların resurslarını artırmaq vacibdir. Dövlət gənclər siyasətini həyata keçirən qurumların bu məsələni hər zaman diqqətdə saxlaması sevindiricidir. Gənclərin bugünkü tələblərinə uyğun addımların atılması hər zaman zəruridir”, – deyə o qeyd edib.

Elməddin Behbud həmçinin, vurğulayıb ki, gənclərin sosial və ictimai fəallığını artırmaq üçün onların ehtiyacları daim araşdırılmalı və bu ehtiyaclar əsasında yeni proqramlar icra olunmalıdır:

“Gənclərin problemlərinin həlli istiqamətində atılan addımlar təqdirəlayiqdir. Eyni zamanda regionlarda gənclərin ictimai fəallığını artırmaq üçün nəqliyyat əlçatanlığı, ictimai xidmətlərə rahat çıxış və müxtəlif inkişaf layihələrinin həyata keçirilməsi, inkluzivliyin təmin olunması önəmli rol oynayır. Bu baxımdan, Gənclər Fondunun həyata keçirdiyi və kəndlərdə gənclərə səyyar xidmətlər təqdim edən layihələr mühüm əhəmiyyət kəsb edir. Bu cür layihələrin sayı artırılmalıdır.”

DANİB sədri əlavə edib ki, gənclərin ictimai fəallığının artırılması üçün onların məşğulluq məsələləri də ön plana çəkilməlidir:

“İşsizlik məsələsinin həlli üçün dövlətimizin atdığı ardıcıl addımlar daha da intensivləşdirilməl və gənclərin iş tapmaq imkanları genişləndirilməlidir. Onlar üçün müxtəlif təlim və maarifləndirici tədbirlərin təşkili davamlı olmalıdır. Hazırki hibrit və ideoloji təhdidlərin artdığı zamanda xüsusilə gənclərin ideoloji baxımdan maarifləndirilməsi vacibdir. Çünki dövlətimizin milli maraqlarının qorunması və kənar təsirlərin qarşısı alınmasında gənclərin mühüm rolu var”.

 

Pərvanə Fərhadqızı

QHT.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı