Venesiya bədahətən turistlər üçün giriş haqqını ikiqat artırır
Venesiyada son anda gələn turistlər üçün giriş haqqı keçənilki 5 avrodan iki dəfə artaraq 10 avroya yüksələcək.
QHT.az xəbər verir ki, bundan əlavə, rüsum keçən illə müqayisədə təxminən iki dəfə çox alınacaq. Bu, aprelin 18-dən mayın 4-dək olan dövrə aiddir, sonra isə maydan iyulun sonuna qədər hər cümə, şənbə və bazar günləri davam edir. Əvvəlki kimi, gecələmə üçün yer bron etməyən və səhər saat 8:30-dan 16:00-a qədər şəhərdə olan ziyarətçilərdən ödəniş tutulacaq.
Biletləri dörd və ya daha çox gün əvvəl bron edənlər üçün 10 avro rüsum iki dəfə azalacaq.
R.İmanov