Xəbərlər 13.02.2025 10:01 402

İrq ayrı seçkiliyi ilə mübarizədə beynəlxalq mexanizmlər: Sahib Məmmədovdan AÇIQLAMA

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov QHT.az-a irqi ayrı-seçkilik məsələsinin beynəlxalq hüquq çərçivəsində necə həll oluna biləcəyini açıqlayıb.

S.Məmmədov bildirib ki, yalnız Rusiya deyil, hər hansı bir ölkə BMT-nin irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi konvensiyasına qoşulubsa, həmin ölkələrə qarşı müvafiq hesabatlar təqdim edilə bilər. Bu hesabatlar, Birləşmiş Millətlər Təşkilatının İrq Ayrı Seçkiliyin Ləğvi Komitəsinə alternativ hesabatlar kimi təqdim edilə bilər və faktlar göstərilə bilər:

"Bu cür ayrı-seçkiliyə məruz qalan şəxslər, öz ölkələrinin daxili məhkəmə prosedurlarından istifadə edərək hüquqlarını müdafiə edə bilərlər. Əgər milli instansiyalarda ədalət təmin olunmazsa, həmin şəxslər beynəlxalq mexanizmlərə müraciət edə bilərlər. Məsələn, Rusiya, Mərkəzi Asiya, Ermənistan və Gürcüstan kimi ətraf ölkələr BMT-nin irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi üzrə Konvensiyanın iştirakçılarıdır və həmin ölkələrin müvafiq fərdi şikayət prosedurlarından istifadə etmək mümkündür. Bundan əlavə, Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyasından istifadə edilməsi də mümkündür. Bu mexanizm vasitəsilə də irqi ayrı-seçkilik hallarına qarşı hüquqi mübarizə aparmaq mümkündür".

Sahib Məmmədovun açıqlamaları göstərir ki, irqi ayrı-seçkiliklə mübarizədə beynəlxalq hüquq və təşkilatlar geniş imkanlar təqdim edir, hər bir fərd bu mexanizmlərdən istifadə edərək hüquqlarını qoruya bilər.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı