Xəbərlər 21.02.2025 19:56 688

Nüvə müharibəsindən sağ çıxmaq şansı: Alimlər insanları radiasiyadan necə qorumağı tapıblar

Tədqiqat bədənin immun sistemində əsas rol oynayan zülalları əhatə edir.

QHT.az xəbər verir ki, Çin alimləri radiasiyaya məruz qalmış gəmiricilər üzərində uğurla sınaqdan keçirilmiş yeni müalicə üsulu yaradıblar. Bu kəşfin nüvə şüalanmasına məruz qalan insanların sağ qalma nisbətini artıracağı və xərçəng müalicəsini daha təhlükəsiz edəcəyi gözlənilir. Tədqiqat zamanı müəyyən edilib ki, immun sistemində mühüm rol oynayan STING proteininin sıradan çıxarılması radiasiya zərərindən qorunmanı gücləndirir. Siçanlar üzərində aparılan sınaqlarda sağ qalma nisbəti 11%-dən 67%-ə yüksəlib. Bu metod, bağırsaq toxumalarının bərpasını sürətləndirərək radiasiyanın yaratdığı hüceyrə ölümünü azaltmağa kömək edir.

Mütəxəssislərin fikrincə, yeni terapiya xərçəng xəstələrinin şüa müalicəsinin effektivliyini artırmaqla yanaşı, nüvə fəlakətləri zamanı insanların sağ qalma şansını da əhəmiyyətli dərəcədə yüksəldə bilər.

 

R.İmanov


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı