Xəbərlər 10.03.2025 17:01 244

Qərbi Azərbaycana aid tədbirlərin beynəlxalq təşkilatlarda keçirilməsi təklif olundu

Qərbi Azərbaycan məsələsi ilə bağlı beynəlxalq təşkilatlarda tədbirlərin keçirilməsi təklif olunur.

 

QHT.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa İctimai birliklər və dini qurumlar komitəsinin təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycana qayıdış prosesində QHT-lərin rolu” mövzusundakı ictimai dinləmədə deyib.

 

Deputat vurğulayıb ki, sözügedən məsələ, həmçinin beynəlxalq sənədlərdə də yer almalıdır.

 

"Asiya Parlament Assambleyasının yekunundan qəbul edilən Bakı Bəyannaməsində Qərbi Azərbaycana qayıdışla bağlı məsələ əksini tapıb. Ötən ilin oktyabrında Qərbi Azərbaycan İcmasının Milli Məclisə ünvanladığı müraciətə əsasən, Parlamentdə Qərbi Azərbayacana Qayıdışla bağlı təşəbbüs qrupu yaradılıb", - deyə deputat xatırladıb.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı