Xəbərlər 30.04.2025 19:13 109

Sahib Məmmədov: “Daha çevik əmək münasibətləri mümkün olacaq”

Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid gözlənilir.

Gələcəkdə Azərbaycanda əmək münasibətlərində yeni mərhələyə keçid planlaşdırılır – saatlıq əməkhaqqı sisteminin tətbiqi. Artıq bu istiqamətdə Əmək Məcəlləsinə dəyişikliklərlə bağlı təkliflər aidiyyəti qurumlara təqdim olunub.

QHT.az xəbər verir ki, "Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası"nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov bildirib ki, hazırda ölkəmizdə əməkhaqqının minimal həddi aylıq müəyyən olunur və bu məbləğ 2024-cü ildən 400 manatdır:

"Saatlıq əməkhaqqı sistemi işçilər üçün daha çevik və əlverişli yanaşmadır. Bu rejim işçiyə işəgötürənlə qısa müddətli və çevik əmək münasibətləri qurmaq imkanı verir. Əmək müqavilələrinin daha çevik bağlanması da mümkün olacaq. Saatlıq əməkhaqqı sistemi hazırda bir sıra qərb ölkələrində uğurla tətbiq olunur.”

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı