Xəbərlər 14.05.2025 17:45 33

“Münasibətdə sərhədlər və sağlam ünsiyyət” mövzusunda təlim keçirildi - FOTOLAR

Ahəng Psixoloji İnkişaf Və Dəstək" İctimai Birliyi tərəfindən Bakı Avrasiya Universitetində “Münasibətdə sərhədlər və sağlam ünsiyyət” mövzusunda təlim keçirildi.

QHT.az xəbər verir ki, 12 may 2025-ci il tarixində Ahəng Psixoloji İnkişaf və Dəstək İctimai Birliyinin sədri, psixoloq Vüsalə Əmiraslanova tərəfindən Bakı Avrasiya Universitetində “Münasibətdə sərhədlər və sağlam ünsiyyət” mövzusunda təlim keçirildi.

Təlim universitetin konfrans zalında təşkil olunmuş və professor-müəllim heyəti ilə inzibati əməkdaşların iştirakı ilə baş tutmuşdur. Psixoloq Vüsalə Əmiraslanova münasibətlərdə şəxsi sərhədlərin formalaşdırılması, sağlam ünsiyyətin prinsipləri, empatiya və dinləmə bacarıqları mövzularında geniş məlumat təqdim etmiş, iştirakçılarla interaktiv müzakirələr aparmışdır.

Təlimin əsas məqsədi universitet kollektivində sağlam iş münasibətlərinin təşviqi, şəxsi və peşəkar sərhədlərin düzgün müəyyənləşdirilməsi və ünsiyyətdə qarşılıqlı anlayışın artırılması olub. Təlimin sonunda Bakı Avrasiya Universiteti tərəfindən psixoloq Vüsalə Əmiraslanovaya göstərdiyi peşəkar dəstəyə və dəyərli töhfəsinə görə təşəkkürnamə təqdim olunmuşdur.

Tədbir qarşılıqlı təşəkkür və gələcək əməkdaşlıq niyyəti ilə yekunlaşıb.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı