“Yeni Milli Fəaliyyət Planı dövlət orqanlarına təqdim olunub” - QHT sədri / VİDEO
İctimai Televiziyada yayımlanan “Qadınlar, uşaqlar, miqrantlar – insan alverinin əsas hədəfləri kimlərdir?” mövzusunda keçirilən müzakirədə İnsan Alverinə Qarşı Mübarizə Təşkilatının sədri Ramiz Alıyev aktual açıqlamalarla çıxış edib.
QHT.az xəbər verir ki, Ramiz Alıyev bildirib ki, 2025–2030-cu illəri əhatə edəcək yeni Milli Fəaliyyət Planı artıq hazırlanıb və aidiyyəti dövlət qurumlarına təqdim olunub:
“Hazırda dövlət orqanları sənədə öz təklif və tövsiyələrini verir. Bundan sonra plan ictimaiyyətə və mətbuata açıqlanacaq.”
Qeyd olunub ki, indiyədək dörd dəfə Milli Fəaliyyət Planı qəbul olunub və bu proses artıq 20 ilə yaxındır ki, davam edir. Növbəti 5 illik mərhələ üçün nəzərdə tutulan sənəd isə artıq təsdiqlənib. Ramiz Alıyev əlavə edib ki, yaxın günlərdə Milli Koordinator Milli Məclisdə hesabatla çıxış edəcək və bu zaman ictimaiyyətə ətraflı məlumat veriləcək.
Pərvanə Fərhadqızı