Xəbərlər 14.05.2025 20:23 81

Prezident Administrasiyasının nümayəndəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın üzvləri ilə görüşüb - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın üzvləri ilə görüşüb.

QHT.az xəbər verir ki, Prezident Administrasiyasının rəsmisi bu günlərdə yeni tərkibi seçilmiş şuranın üzvlərini bu münasibətlə təbrik edib, şuranın fəaliyyətinə uğurlar arzulayıb. O, dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində QHT-lərin fəal iştirakına, ictimai iştirakçılığa xüsusi önəm verildiyini vurğulayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətində ictimai nəzarətin həyata keçirilməsində İctimai şuranın rolundan və şuranın qarşısında duran vəzifələrdən bəhs olunub, təklif və tövsiyələr verilib.  

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Fuad Musayev Nazirlik yanında İctimai şuranın son iki illik dövrdəki uğurlu fəaliyyətini qeyd edib.

QHT-lərin ictimai nəzarət funksiyalarının gücləndirilməsi məsələləri ilə əlaqədar müzakirələr aparılıb, şura üzvlərinin təklifləri dinlənilib və sualları cavablandırılıb.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı