Xəbərlər 15.05.2025 12:52 30

Sosial Xidmətlər Agentliyi hazırda 410 ailəyə evdə (səyyar) sosial-məişət xidməti göstərir

 

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən hazırda 410 ailəyə evdə (səyyar) sosial-məişət xidməti göstərilir. Onlardan 341-i ahıl, digərləri əlilliyi olan ər-arvadlardır.

 

Evdə (səyyar) sosial-məişət xidməti həmin xidmətin xarakterindən asılı olaraq, sosial işçi və sosial xidmətçi tərəfindən göstərilir.

Sosial xidmətçilər həftədə iki dəfə tənha ahıl və əlilliyi müəyyən edilmiş şəxslərin evlərinə gedərək, onlara ev təsərrüfatında, əsas tələbat mallarının alınması və s. işlərdə, sosial işçilər isə hüquqi sənədləşmə və sosial müdafiə tədbirlərinin təşkili istiqamətində köməklik göstərirlər.

 

Agentlik tərəfindən hazırda ümumilikdə 3231 nəfərə evdə (səyyar) sosial-məişət xidməti göstərilir. Onlardan 2957 nəfəri ahıllardır. Xidmət göstərilən şəxslərdən 2478 nəfəri qadın, 753 nəfəri isə kişidir.

 

Xidmətdən yararlanmaq istəyən şəxslər Agentliyin regional filiallarına, (012) 525 41 30 nömrəli “Qaynar xətt”ə, (050) 525 41 30 WhatsApp nömrəsinə və ya Agentliyin sosial media hesablarına müraciət edə bilərlər.

 

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı