Xəbərlər 16.05.2025 17:22 35

Nazir Anar Əliyev Xaçmazda vətəndaşları qəbul edib

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Xaçmaz rayonunda Xaçmaz və Qusar rayonlarının sakinlərini qəbul edib.

 

Qəbuldan əvvəl A.Əliyev və Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Qəbul zamanı vətəndaşlar məşğulluq, əlillik, mənzil təminatı, ünvanlı sosial yardım və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub.

 

Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb. 

 

Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq  proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar

 

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı