Əlilliyi olan şəxslərin bacarıqları inkişaf etdirilir - FOTOLAR
19 may 2025-ci il tarixində “İstedadlı Əlillər” İctimai Birliyi Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üçün maliyyə dəstəyi ilə “Əlilliyi olan şəxslərin bacarıqlarının inkişafı” mövzusunda ilk təlimə başlamışdır.
QHT.az xəbər verir ki, təlimin giriş sözü ilə açan layihə rəhbəri Qubad Qasımov layihə barədə geniş məlumat verdi. Qubad Qasımov bildirdi ki, Layihə çərçivəsində Bakı və Xırdalan şəhərlərində əlilliyi olan istedadlı şəxslərin yaradıcılıq imkanlarının müəyyənləşdirilməsi, inkişaf etdirilməsi və üzə çıxarılması yönündə Abşeron rayonu üzrə əlilliyi olan şəxslərə əl işlərinin öyrədilməsi məqsıdilə təlimlərin təşkili nəzərdə tutulur.
Təlimdə 2 qrup hər qrupda 10 nəfər olmaqla, 1 ay müddətində həftədə 2 dəfə 2 saat olmaqla təlimlərin təşkil ediləcəkdir. 2 qrup əlilliyi əlilliyi olan şəxslərə muncuqdan müxtəlif növ əl işlərin toxunmasının öyrədilməsi həyata keçiriləcəkdir. Təlimi bitirən şəxslərin Xırdalan şəhəri AAAF-Park Yaşayış Kompleksində keçiriləcək sərgi və konsertdə hazırladıqları əl işlərinin satışının həyata keçirilməsinə şərait yaradılacaqdır.
Təlimçi Zümrüd Xəlilova təlim işçirakçılarına toxuculuq materailları, texnologiyaları və ipliklər və saplar haqqında məlumat verdi. Sonra təlimdə iştirak edən əlliyi olan şəxslərə yun sapdan şərfin və muncuqlardan çantanın toxunması texnologiyasını izah etdi.
Təlimdə 1-ci qrup ilə hazır ilməli saplardan istifadə olunaraq ilməli şərf toxuma məşğələsi keçirildi. Seçilən texnika olduqca sadə və asan mənimsənildi. Bu, iştirakçıların tez bir zamanda nəticə əldə etməsinə şərait yaratdı. Əksər iştirakçılar iki təlim gününün sonunda tam hazır şərf məhsulunu təqdim edə bildilər. Bu fəaliyyət əlilliyi olan şəxslərdə həm diqqət, həm də koordinasiya bacarıqlarının inkişafına yardımçı oldu.
2-ci qrup ilə isə muncuq çanta toxuma fəaliyyətinə start verildi. Bu prosesdə valideynlərin dəstəyi böyük rol oynadı. Çantanın düz hissəsinin toxunmasında iştirakçılar aktiv şəkildə iştirak etdilər. Paralel olaraq, hər iki qrupda olan görmə məhdudiyyətli və daun sindromlu şəxslərlə fərdi şəkildə çalışıldı. Onların ehtiyaclarına uyğun olaraq daha sadə və vizual cəhətdən aydın olan muncuq qolbaq toxuma fəaliyyəti həyata keçirildi. Bu yanaşma inklüzivliyin təmin olunmasında mühüm rol oynadı.
Təlimin sonunda Layihənin rəhbəri Qubad Qasımov layihəyə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və təlim iştirakşılarına öz təşəkkürünü bildirdi.