Xəbərlər 29.05.2025 08:16 126

Avrasiya və Afrika Xalqları Assambleyası "Dünya Xalqları Assambleyası"na çevrildi - FOTOLAR

Mayın 28-də Avrasiya və Afrika Xalqları Assambleyasının bütün üzvlərinin iştirakı ilə Hesabat-seçki Baş Assambleyası – Ümumi Yığıncaq keçirilib.

Bu barədə QHT.az Bakı İctimai Əməkdaşlıq Mərkəzinin sədri Rauf Zeyni məlumat verib. Onun sözlərinə görə, tədbirin açılışında iştirakçıları salamlayan Rusiya Federasiyası İctimai Palatasının Millətlərarası və Dinlərarası Münasibətlər Komissiyasının sədri Vladimir Zorin çıxış edib:

"Assambleyanın iclasını Avrasiya və Afrika Xalqları Assambleyasının Baş katibi Andrey Yuryeviç Belyaninov və Assambleyanın Baş Şurasının sədri Svetlana Konstantinovna Smirnova açıb və idarə ediblər. İclas Assambleyanın üzvlərinin təltifetmə mərasimi ilə başlayıb. Assambleyanın bütün üzvlərinin iştirak etdiyi ümumi yığıncaqda son dörd ilin fəaliyyətinin yekunları müzakirə olunub, 2030-cu ilə qədər İnkişaf Strategiyası təsdiqlənib və Nizamnamənin yeni redaksiyası qəbul edilib".

Qeyd edək ki, Ümumi Yığıncağın qərarına əsasən, qurumun adı dəyişdirilərək "Dünya Xalqları Assambleyası" adlandırılıb.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı